Abu Dabi

coğ. Abu Zabi

Abşeron yarımadası
abunə
OBASTAN VİKİ
ABU
Azərbaycan Beynəlxalq Universiteti — Azərbaycan Respublikasında 1997–2010-cu illərdə fəaliyyət göstərmiş ali məktəb. == Təhsil == Universitetdə bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutulmuşdu. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərirdi. Universitetdə təhsil Azərbaycan və rus dillərində aparılırdı. == Tərəfdaşları == Açıq Cəmiyyət, Amerika-Azərbaycan Dostluq Cəmiyyəti və digər xarici ölkə təşkilatları və ali məktəbləri ilə əməkdaşlıq müqavilələri bağlanmışdır. == Lisenziyası == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almışdı. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdir. 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48–11–4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. 2010-cu il iyulun 8-də ABU-nun lisenziya müddəti bitdiyi üçün bu məsələyə yenidən baxılıb.
Əbu-Dabi
Əbu-Dabi (ərəb. ابوظبي ‎, azərb. ata cüyür‎, ing. Abu Dhabi) — Birləşmiş Ərəb Əmirliklərinin və Əbu-Dabi əmirliyinin paytaxtı. Ölkənin siyasi, iqtisadi, sənaye və mədəni mərkəzi, onun BƏƏ-nin ÜDX-ə töhfəsi 56 %-dir (2008). Şəhərin əhalisi — 1 463 491 nəfər (2007). 1760-cı ildə salınıb. Onun yerində eramızdan əvvəl 3 mininci ildə yaşayış məskəni olması barədə arxeloji qazıntılardan təsdiqlər vardır. Fars körfəzində şimal-şərq hissəsində bir adada, Materikdən dörd kilometr aralıda yerləşir. Adanı materiklə üç avtomobil körpüsü birləşdirir.
Əbu-Dabi əmirliyi
Əbu-Dabi əmirliyi — (ərəb. إمارة أبو ظبي‎) — Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə daxil olan ən iri əmirlik. Paytaxtı, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Əbu-Dabi şəhəridir. Ərazisi — 67 340 кm², əhalisi — 1 975 000 nəfər (2008-ci il). Əbu-Dabi ölkənin 70 % ÜDM təmin edir. Əmirliyin Əl-Əyn şəhəri ölkənin əhali sayına görə ikinci şəhəridir.
Abu-Simbel məbədi
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. == Məbədin daxili quruluşu == Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Abu Abdullah Ceyhani
Abu Abdullah Ceyhani (fars. ابو عبدالله جیهانی‎; IX əsr – 925, Buxara) — fars əsilli dövlət xadimi və coğrafiyaşünas. Təqribən 914–922-ci illər ərzində Samanilər dövlətinin baş vəziri olub. Onun yazdığı əsər günümüzə gəlib çatmasa da bir çox sonrakı müəlliflərə öz təsirini göstərmişdir.
Abu Hamed Türka
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Feras Abu Akal
Feras Abu Akal (8 fevral 1997) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Hapoel İroni === Hapoel İroninin heyətində ilk matçına 27 avqust 2018-ci ildə keçirilən Hapoel Aşkelon-Hapoel İroni matçında çıxıb. Matç Hapoel Aşkelonun 2–1 hesablı qələbəsi ilə başa çatıb. === Aşdod === Aşdodda ilk matçına 19 avqust 2019-cu ildə keçirilən Aşdod-Bney Yehuda matçında çıxıb. Matça start heyətdə başlayan Feras Abu Akal 59-cu dəqiqədə əvəzlənib. Matç 1–1 hesablı bərabərliklə başa çatıb. Aşdodda ilk qolunu isə 15 iyul 2021-ci ildə keçirilən Aşdod-Hapoel Beer Şeva matçının 58-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Feras Abu Akal 78-ci dəqiqədə əvəzlənib. Matç Hapoel Beer Şevanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. === Qəbələ === 5 iyul 2022-ci ildə rəsmi olaraq Qəbələ ilə müqavilə imzaladı.
Luvr Əbu-Dabi Muzeyi
Luvr Əbu-Dabi Muzeyi (fr. Louvre Abu Dhabi, ərəb. متحف اللوفر أبوظبي‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, layihəsi fransız memarı Jan Nuvel tərəfindən hazırlanmış sənət muzeyi. Fransa hökuməti ilə Əbu-Dabi şəhəri arasında imzalanan və 30 il qüvvədə olacaq müqavilə ilə inşa edilən Luvr Əbu-Dabi Muzeyi Səadət adası kompleksi üzərinə – təxminən 24.000 kvadratmetrlik bir sahəyə inşa edilmişdir. Muzeyin xərcinin 83-108 milyon avro arasında olduğu güman edilir. Muzey rəsmi olaraq 2017-ci il 8 noyabr tarixində açıldı. Əbu-Dabi Muzeyində dünyanın hər yerindən gələn sənət əsərləri nümayiş olunur. Muzeyin əsas məqsədi Şərq sənəti ilə Qərb sənəti arasında körpü yaratmaqdır. Bütün bunlara baxmayaraq, Parisdəki Luvr Muzeyinin bu işdə hansı marağının olması məqamı sənət dünyasında olduqca qızğın müzakirələrə səbəb oldu. == Layihənin konvensiyası == 1.3 milyard dollar müqabilində 30 il qüvvədə olacaq və Əbu-Dabinin mərkəzindəki Saadiyat adasında inşa ediləcək Əbu-Dabi Luvr Muzeyinin layihəsinin konvensiyası Fransa Mədəniyyət naziri Reno Dennode de Vabres ilə Sultan bin ən-Nəhayyən arasında 2007-ci ildə imzalandı.
Əbu-Dabi Qran-prisi
Əbu-Dabi Qran-prisi (ərəb. سباق جائزة أبوظبي الكبرى‎) - Formula 1 üzrə dünya çempionatının əsas mərhələlərindən biri. BƏƏnin paytaxtında keçirilir. Əbu-Dabi yarışları ilk dəfə 2009-cu il sezonunda keçirilmişdir. Əslində Qran-pri Əbu-Dabi şəhəri yaxılığındakı Yas adasında qurulmuş Yas Marina avtodromunda keçirilir. Süni şəkildə yaradılmış ada Əbu-Dabi əmirliyinə daxildir. Qran-pri Formula 1 tarixində gecə-gündüz sistemi ilə keçirilən ilk yarışdır. Gecə yarışlarını keçirmək üçün avtodromda projektorlar qurulmuşdur. Bu sistemin tətbiqinin əsas səbəb ərazidə iqlimdən aslı olaraq havanın çox isti keçməsidir. Pilotlar yarışa təbii işıqda başalayır və süni işıqlar altında bitirirlər.
Abu Klea döyüşü (1885)
Abu Klea döyüşü — 17 yanvar 1885-ci ildə general-mayor Herbert Stevartın başçılığı ilə 1 400 nəfərlik ingilis qoşunu ilə 13 000 nəfərlik Sudan qoşunu arasında Sudanın Xartum şəhərində baş vermişdir. İngilis qoşunlarının qalibiyyəti ilə başa çatmışdır.
İbrahim Muhammed Abu Arab
İbrahim Muhammed Ebu Arab (ərəb. إبراهيم محمد صالح‎; 1931 – 2 mart 2014, Homs) — Fələstin şairi.Əbu Ərəb, 1931-ci ildə Nazaret və Taberiyye şəhərləri arasındakı El-Celilə bağlı olan Eş-Şecera kəndində anadan olmuşdur. İşğalçılar tərəfindən kəndi boşaltdıqdan sonra əvvəlcə Kefer Kana, sonra Arrabetu'l-Butuf'a ​​köçdü. Orada iki ay qaldıqdan sonra Livana, daha sonra Suriyaya hicrət etdi. Şairin atası Əbu Ərəb 1948-ci ildə sionist dəstələrin Fələstin torpaqlarını işğal edərkən öldü. 1982-ci ildə oğul işğalçı ordunun Livanı işğalı zamanı öldü. Uşaqlığında İngilis işğalı və yəhudi mühacirətinə qarşı başlanan Fələstin İnqilabının şahidi olmuşdur. Əbu Ərəb, Fələstin İnqilab Şairi və Fələstin Düşərgəsi Şairi kimi adlarla tanınırdı. 3 mart 2014-cü ildə Hümsdə vəfat etdi.
Əbu-Dabi Solomon Quqqenhaym muzeyi
Əbu-Dabi Solomon Quqqenhaym muzeyi — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindəki Səadət adasının mədəniyyət rayonunda tikilən sənət muzeyi. Tamamlandıqdan sonra onun Solomon Quqqenhaym muzeylərinin ən böyüyü olması planlaşdırılır. Binanın layihəsini memar Frank Gehri hazırlamışdır. 2006-cı ildə muzey layihəsi elan edildikdən sonra saytda 2011-ci ildə işlərə başlansa da, tezliklə dayandırıldı. Tikinti işlərində ləngimələr oldu. Muzeyin 2025-ci ildə tamamlanacağı gözlənilir. Muzey Solomon Quqqenhaym muzeyinin beş filialından biri olacaq və orijinalından 12 dəfə böyük olması planlaşdırılır. Muzey beynəlxalq turistləri cəlb etmək üçün Səadət adasındakı daha böyük incəsənət və mədəniyyət müəssisələri kompleksinin bir hissəsidir. Muzeyin kolleksiyasında Qərbi Asiya, Şimali Afrika və Cənubi Asiyanın müasir incəsənət nümunələrinin nümayişi gözlənilir. ​ 8 iyul 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhəri Nyu Yorkdakı Solomon R. Quqqenhaym Fondu ilə 30.000 kvadrat metrlik (320.000 kv fut) Quqqenhaym muzeyi inşa etmək üçün müqavilə imzaladığını elan etdi.
Nat Geo Kids Abu Dhabi
«Nat Geo Kids Abu Dhabi» — «Milli Coğrafiya Cəmiyyəti» və «Abu Dhabi Media Company» şirkətlərinin sahibləndiyi və uşaqlar üçün yayımlanan BƏƏ telekanalı. Telekanal 20 noyabr 2017-ci ildən Nilesat peyki vasitəsilə sərbəst şəkildə yayımlanır. Kanalın verilişləri həmçinin elm, coğrafiya və təbiət elmlərinə aid olan sənədli filmləri də əhatə edir. Doki DIY Science Animal Atlas Are we There Yet? Born to Explore Bear Nomad Super Genius Snapshots Cesar to the Rescue Majid Block Earth Tripping Vitaminix Weird but True!
Musaqaya-i Abu-ül Həsən (Bostanabad)
Musaqaya-i Abu-ül Həsən (fars. موسي قيه ابوالحسن‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 218 nəfər yaşayır (39 ailə).
Əbu-Dabi Döyüş Klubu Tabeliyi Güləş Dünya Çempionatı
Yarış sabiq BƏƏ prezidenti Şeyx Zeyidin oğlu Şexy Təhnun Bin Zeyd Əl Nahyan,bu ideya onun Braziliya ciu-citsusu müəllimi Nelson Monteironun olmuşdur.Royle Qreysi bunu "yeni grappling erası" kimi səciyələndirdi. Yarış əsasən güləşin sərt növləri olan Grappling,Sambo,Cüdo,Ciu-citsu,Braziliya ciu-citsusu üzrə keçirilir.